Sakinlərə şad xəbər: Evlərin qiyməti düşəcək
Bizi izləyin

Qırmızı.az

Sakinlərə şad xəbər: Evlərin qiyməti düşəcək

Ölkəmizdə təşkil olunacaq “Bakı 2015” Avropa Oyunlarından sonra paytaxtda evlərin qiymətində ciddi eniş olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, hazırda paytaxtda söküntülər dayandırılıb və rəsmi qurumlar Avropa Oyunlarının bitməsini gözləyir:

“Bakının yeni baş planına görə, şəhərdə hələ çox söküləcək məkanlar, yaşayış məntəqələri var. Sadəcə olaraq Avropa Oyunlarına görə bu proses təxirə salınıb. Oyunlar bitdikdən sonra yeni söküntülərə başlanılacaq. Buna görə də şəhər kənarlarında və paytaxta bitişik qəsəbələrdə yeni şəhərciklər salınacaq. Bu da evlərin qiymətində ciddi dəyişikliyə gətirib çıxaracaq”.

İqtisadçı ekspert Qadir İbrahimli də 2015-ci ildən sonra evlərin qiymətində eniş olacağını istisna etməyib:

“Paytaxtın mərkəzi hissəsini əhatə edən Sovetski ərazisində söküntülər başa çatdıqdan sonra evlərin qiymətində ciddi şəkildə geriləmə olacaq. Bu da Avropa Oyunlarından sonrakı vaxta təsadüf edir. Ümumiyyətlə, şəhərin mərkəzi hissəsində söküntülərin genişlənməsi ona əsas verir ki, paytaxt kənarında, eləcə də bir çox qəsəbələrdə yeni yaşayış massivləri salınsın. Bu da evlərin qiymətinə təsir edəcək”.

Xatırladaq ki, “Bakı 2015” Avropa Oyunlarında 17 gün ərzində ənənəvi və innovativ idman növlərindən ibarət yarışlarda 6000-dən çox yüksək dərəcəli idmançı bir araya gələcək.

Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci il tarixində, bağlanma mərasimi isə bazar günü, 28 iyun 2015-ci il tarixində qeyd olunacaq. Avropa Oyunları Komitələrinin (EOC) layihələndirdiyi Oyunlar EOC tərəfindən idarə olunacaq və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) dəstəyi ilə həyata keçiriləcək. 2012-ci il dekabrın 8-də EOC-un Baş Assambleyasının Romada keçirilmiş 41 saylı iclasının qərarı ilə Oyunlara ilk ev sahibliyi etmək şərəfi Bakıya həvalə olunub. Avropa Oyunlarının növbəti yarışları 2019-cu ildə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm