Səhiyyə naziri 14 nəfərin səhhətini nəzarətə götürdü
Bizi izləyin

Qırmızı.az

Səhiyyə naziri 14 nəfərin səhhətini nəzarətə götürdü

Səhiyyə Naziri Oqtay Şirəliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında sakinlərlə görüşündə vətəndaşların istək və arzuları, problem və xahişləri ilə yaxından tanış olub. Nazir həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 6 nəfər - Xaçmaz rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər – Hepatit komissiyasına, 2 nəfər – Xaçmaz rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsinə, 1 nəfər – Akad. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, 1 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Kliniki tibbi mərkəzə, 1 nəfər – 2 saylı Uşaq Xəstəxanasına, 1 nəfər – Uşaq Nevroloji Xəstəxanasına göndərilmiş və səhhətləri nəzarət altına götürülüb.

Bundan əlavə olaraq, vətəndaşlara səhiyyə ilə bağlı iş təklifləri və vətəndaşların təmin edilməsi ilə əlaqədar olaraq müraciətlərə baxıldı və tədbirlər görüldü.

Qəbul zamanı daxil olmuş bir necə müraciət isə dövlət başçısına və səhiyyə nazirinə əhalinin sağlamlığına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etmək üçün olub.

Qeyd edək ki, görüşdə Xaçmaz və ətraf rayonlardan olan Quba, Qusar, Şabran rayon sakinlərini qəbul etmişdir. Sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm