"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
Bizi izləyin

Qırmızı.az

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir

Qurban bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, QSC oktyabrın 3-dən 8-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Adi günlərdə sərnişin sayı 2-3 min olursa, bayram günlərində bu rəqəmin 5 minə çatacağı proqnozlaşdırılır. Sərnişin sıxlığını aradan qaldırmaq üçün 20 əlavə vaqon ayrılıb. Hazırda həmin vaqonlar texniki və sanitar xidmətin baxışından keçirilir. Ayın 3-dən artıq gücləndirilmiş iş rejimi həyata keçiriləcək".

N.Əzməmmədov onu da əlavə edib ki, gücləndirilmiş rejim zamanı yüklərin yükləndiyi və boşaldıldığı bütün məntəqələrdə növbətçiliklər təşkil olunacaq.

Onun sözlərinə görə, bilet satışları onlayn olaraq 10 gün əvvəldən almaq mümkündür.Bayram günləri üçün də artıq onlayn bilet alanlar var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm