(R) Bu il daha 48 jurnalist Azercell-in ingilis dili kurslarına qatıldı
Bizi izləyin

Qırmızı.az

(R) Bu il daha 48 jurnalist Azercell-in ingilis dili kurslarına qatıldı

Hər zaman media ilə əməkdaşlığa böyük önəm verən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom-un jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları bu il də davam edir. 2006-cı ildən etibarən İnkişafı Paylaşmaq Platforması layihəsi çərçivəsində Azercell jurnalistlər üçün müxtəlif peşəkar və xarici dil kursları təşkil edir. Uğurla davam etdirilən bu layihədə iştirak etmək üçün bu il Kaspi Təhsil Mərkəzində peşəkar müəllimlər tərəfindən aparılan dərslərə bu il 48 nəfər jurnalist qatıldı. Şirkətin təşkil etdiyi ingilis dili kursları hər il 6 ay davam edir. Dərslər zamanı müxtəlif KİV təmsilçilərinə bir neçə səviyyəli proqram üzrə kurs keçirilir, mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək şansı yaradılır. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir. İngilis dilini öyrənməklə yanaşı sözügedən kurslarda fəal iştirak edən daha 2 nəfər jurnalist hər il Azercell tərəfindən Londona 2 həftəlik ingilis dili kurslarına göndərilir. Şirkət ingilis dili kursları təşkil etməklə mətbuat işçilərinin inkişaf etməsinə, eləcə də, beynəlxalq əlaqələrinin gücləndirilməsinə yardım edir.

Xatırladaq ki, Azercell Telekom MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir. Bundan əlavə Azercell indiyə qədər ölkə jurnalistləri üçün bir sıra təlimlər, o cümlədən, ilk dəfə olaraq regionlarda işləyən media nümayəndələri üçün treninq keçirib. Şirkət “Ən yaxşı xəbərin yazılması və satılması” mövzusunda seminar təşkil edərək,Türkiyənin tanınmış media ekspertləri Mehmet Binay və Ayzen Atalayı, eyni zamanda “Biznes Jurnalistikası" mövzusunda Amerikanın nüfuzlu media eksperti Debora Potteri təlimçi qismində ölkəmizə dəvət edib. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm