“Mən nə etdim deyərək başmı divara vurdum“ - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

“Mən nə etdim deyərək başmı divara vurdum“ - ŞOK TƏFƏRRÜAT

Türkiyədə azyaşlı oğlan uşağına qarşı təcavüz hadisəsi baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada küçədə oynayan 8 yaşlı oğlan uşağına təcavüz etdiyi iddiası ilə mühakimə olunan 27 yaşındakı E.T. 24 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 17 iyun 2013-ci ilədə Adanada baş verib. 27 yaşlı E.T məhəllədə yoldaşları ilə oyun oynayan A.B-ni "Sənə pul verəcəm, göyərçin verəcəm, qarpız verəcəm" deyərək evinə aparıb. Uşağa təcavüz edən E.T uşağın əlinə qarpız verib evinə göndərib.

Hadisədən xəbər tutan uşağın ailəsi E.T-nin evinin qapısını qıraraq içəri girib. E.T-ni qəzəbli insanların əlindən hadisə yerinə gələn polis qurtarıb. Həbs olunan E.T növbətçi hissədə günahını etiraf edib.

"Dostumun verdiyi cinsi istək artıran dərmanı qəbul etmişdim. Sonradan etdiyimin doğru olmadığını anladım. "Mən nə etdim" deyərək başmı divara vurdum. Bir müddət sonra evimə basqın etdilər. Çox peşmanam" deyib.

Hakim ona 36.5 il həbs cəzası istəyib.

Lakin E.T məhkəmədə ifadəsindən imtina edib: "Binanın qarşısında əmim qızı ilə telefonla danışırdım. 2 uşaq yanıma gəldi. Göyərçinlərdən danışırdılar. Mən “bu yaşda quş saxlayırsınız, halal olsun” dedim. Birini çörək almağa göndərdim. Sonra 3-cü mərtəbədəki evimə çıxdım. Uşaq çörəyi alıb gətirdi . Mən uşağı içəri buraxmadım. Bir şey etmədim. Əlinə qarpız verib göndərdim. 3-4 saat sonra uşağın ailəsi gəldi. “Uşağımıza təcavüz etmisən” deyərək üstümə hücum etdilər. Mən də böyük qardaşım və polisi çağırdım. İttihamları qəbul etmirəm”.

Məhkəmənin sonunda E.T-a 24 il 2 ay həbs cəzası verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm