Şahin İsmayılov Prezident mükafatına layiq görülüb
Bizi izləyin

Qırmızı.az

Şahin İsmayılov Prezident mükafatına layiq görülüb

Gənclər günü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına dair mükafatlandırma marasimi keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbirdə nazirlər, Prezident administrasiyasının nümayəndələri, deputatlar, gənclər təşkilatlarının nümayəndələri, yaradıcı gənclər və gənc alimlər iştirak ediblər. Tədbir çərçivəsində il ərzində gənclər siyasətində görülən işlərdən söz açılıb.

Daha sonra prezident İlham Əliyevin fərmanı ilə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün 2013-cü ildə təsis olunmuş Gənclər üçün Prezident Mükafatına layiq görülmüş gənclərin təltif olunması baş tutub. Təltif olunanlar arasında ictimai sahədə göstərdiyi fəaliyyətə görə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da yer alıb. Azərbaycanın ən böyük tələbə təşkilatı olan ATGTİ-nin sədri İsmayılov Şahin ictimai sahədə göstərdiyi fəalliyyətdə fərqləndiyinə görə, Prezident mükafatına layiq görülüb. Bu yalnız Şahin İsmayılova deyil, Azərbaycan tələbələrinə verilən qiymət və göstərilən qayğıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm