• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Güclü külək Bakı kəndlərində elektrik problemi yaradıb

Güclü külək Bakı kəndlərində elektrik problemi yaradıb

Ötən gecə saatlarında müşahidə olunan hava şəraiti Bakıətrafı kənd və qəsəbələrdə elektrik xətlərində problem yaradıb.

Bunu “Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, qəza xidməti tərəfindən müraciətlərin hamısına baxılıb:

“Hava şəraiti ilə əlaqədar olaraq Bakıətrafı kənd və qəsəbələrdən fərdi qaydada bir neçə müraciət olub. Müraciətlərin hamısına elektirkşəbəkənin “Qəza Xidməti” tərəfindən baxılıb. Problem aradan qaldırılıb. Hazırda elektrik verilişində heç bir problem yoxdur”.

T.Mustafayev bir daha əhaliyə müraciət edərək bildirib ki, gün ərzində istər fərdi evlər, istərsə də binalarda elektrik verilişində hər hansı problem yaşayanlar “199” saylı “Qəza xidməti”nə 24 saat ərzində müraciət edə bilərlər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR