• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Bakıelektrikşəbəkə” bayramda gücləndirilmiş rejimdə işləyəcək

“Bakıelektrikşəbəkə” bayramda gücləndirilmiş rejimdə işləyəcək

Qurban bayramı günlərində “Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunu Publika.az-a açıqlamasında “Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

“Sabahdan etibarən gücləndirilmiş iş rejiminə başlayacağıq. Əhalinin sıx olduğu ərazilərə əlavə maşın mexanizmləri və əməkdaşlarımız cəlb edilib. Həmin günlərdə elektrik verilişində hər hansı problem yaşanmaması üçün əlimizdən gələni edəcəyik. Problem olduğu halda operativ şəkildə aradan qaldırılacaq”.

T.Mustafayev borclu abonentlərə hər hansı güzəştin olub-olmayacağına da aydınlıq gətirdi:

“Əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün çalışacağıq. Müqəddəs bayramda borclar barədə xatırlatmaq istəmirik. Lakin borclu abonentlər vaxtında borclarını ödəməlidirlər. Onlara hər hansı güzəşt olmayacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR