Tibb Universitetində müəllimlərin əmək haqları artırıldı
Bizi izləyin

Qırmızı.az

Tibb Universitetində müəllimlərin əmək haqları artırıldı

Azərbaycan Dillər Universitetinin ardınca Tibb Universitetində də işçilərin əmək haqları artırılıb.

Azərbaycan Tibb Universitetindən Publika.az-a verilən xəbərə görə, ATU rektoru, akademik Əhliman Əmiraslanovun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.

Qeyd edək ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm