Polis brakonyerlərin qurbanı oldu
Bizi izləyin

Qırmızı.az

Polis brakonyerlərin qurbanı oldu

Lənkəranda polis serjantı bədbəxt hadisənin qurbanı olub.

Publika.az-ın məlumatına görə, hadisə dünən gecə Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirov dənizdə reyd aparan zaman baş verib.

Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrikin qurbanı olub.

Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm