Nazirlik telesüjet müsabiqəsi keçirir
Bizi izləyin

Qırmızı.az

Nazirlik telesüjet müsabiqəsi keçirir

Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcək müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsi elan edir.

Publika.az nazirliyin saytına istinadən xəbər verır ki, müsabiqənin məqsədi təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi, “peşəkar müəllim” obrazının yaradılması, müəllim peşəsinin nüfuzunun artırılması, ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması, peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması, gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsidir.

Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim edilməlidir.

Müsabiqəyə təqdim edilən süjetlərin xronometrajı ən azı 2 dəqiqə olmalıdır. Süjetlər oktyabrın 1-dən 20-dək respublika ərazisində yayımlanan telekanallarda nümayiş etdirilməlidir. Müsabiqənin nəticələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu gündə - oktyabrın 24-də açıqlanacaq və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm