Goranboyda avtomobil ağaca çırpıldı, bir nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Goranboyda avtomobil ağaca çırpıldı, bir nəfər öldü

Goranboyda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 3 km aralı) "RENAULT" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm