Digahda elektrik xətləri yerə tökülür – VİDEO/FOTO
Bizi izləyin

Qırmızı.az

Digahda elektrik xətləri yerə tökülür – VİDEO/FOTO

Abşeron rayonu, Digah qəsəbə sakinləri işıq üzünə həsrət qalıb və təhlükəli şəraitdə yaşayırlar.

Bu barədə Axar.az-a şikayət məktubu ilə müraciət edən sözügedən ərazidə yaşayan sakinlər bildirib.

Onların sözlərinə görə, əraziyə verilən elektrik enerjisi həddindən artıq bərbad vəziyyətdədir. Sakinlər bildirir ki, bu massivdə bir elektrik yarımstansiyası fəaliyyət göstərir ki, onunla da ərazidəki evlərin elektrik əşyalarını çalışdırmaq qeyri mümkündür.

Sakinlər əlavə edir ki, naqilləri saxlayan dirəklər də bərbad hala düşüb. Elektrik dirəklərindən uzanan naqillər evlərin hasarlarına qədər sallanıb. Sakinlər acınacaqlı durumla bərabər, uşaqlarının təhlükəsizliyindən də narahatdır:

“Biz can təhlükəsizliyimizə görə narahatıq. Qarşıdan soyuq aylar yaxınlaşır, hamı evində elektrik sobasından istifadə edəcək və yarımstansiya yüklənəcək. O yarımstansiya bu qədər evi enerji ilə təmin edə bilməyəcək. Evdə adi soyuducunu işlətməyə gücü çatmır enerjinin. Qışda necə olacaq, heç bilmirik”.

Sakinlər qeyd edir ki, problemləri ilə əlaqədar Abşeron rayonu Elektrik idarəsinə müraciət ediblər:

“Bizi Novxanıda yerləşən Bağlar adlanan ərazi ilə məşğul olan elektrik idarəsinə göndərdilər. Dedilər, massivdə yaşayış evi yetərli qədər olmadığı üçün əlavə yarımstansiya quraşdırıla bilməz. İndi bu qədər insan nə etməlidir? Gözləyək ki, əraziyə başqaları da köçsün, sonra problemi həll etsinlər. İndi yaşayanlar adam deyilmi?”.

Axar TV-nin süjetini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm