Ən çox yağıntı hansı rayona düşüb?
Bizi izləyin

Qırmızı.az

Ən çox yağıntı hansı rayona düşüb?

Sentyabrın 29-u günün birinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, 29-u səhərədək güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib, şimşək çaxıb, yağış yağıb, əsasən Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Ən çox yağıntı Daşdatük məntəqəsində (Lənkəran) 88, Lənkəranda 52 (aylıq normanın 31 faizi), Astarada 51 (aylıq normanın 26 faizi), Lerikdə 19, Yardımlıda 18, Rvarudda (Lerik) 17 mm olub.

Lənkəran-Astara zonasında: 1-5, Böyük Qafqazda: 1-10, Kiçik Qafqazda: 1-8, Mərkəzi Aran rayonlarında: 1-11, Qazax-Gəncə zonasında: 1-4, Naxçıvan MR-da: 3, Bakıda və Abşeron yarımadasında: 0.4-0.6 mm yağıntı düşüb.

Şimal-qərb küləyi bəzi rayonlarda güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib.

Çaylarda sululuq artıb, Qazax-Gəncə bölgəsi çaylarında suyun səviyyəsi 2-5, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-65 sm artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm