Qurban Yetirmişli: “Bu il seysmiklik daha aktivdir”
Bizi izləyin

Qırmızı.az

Qurban Yetirmişli: “Bu il seysmiklik daha aktivdir”

"Ötən gün Qəbələdə müşahidə edilən 5.5 bal gücündəki zəlzələdən sonra 60-a yaxın təkan qeydə alınıb. Bu proses hələ də davam edir və bir neçə gün davam edəcəyini gözləyirik. Həmin zəlzələdən sonra ocağın susması daha qorxuludur, nəinki bu cür təkanların olması".

Bunu Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Baş direktorun sözlərinə görə, bu cür təkanlar ərazidə prosesin davam etdiyini və sonradan daha güclü təkanın olmayacağına işarədir. Güclü zəlzələdən sonra afterşokların olması ərazidə enerji boşalmasını göstərir. Bu da müsbət dəyərləndirilir.

“Digər bölgələrdə də bir-birinin ardınca baş verən zəlzələlər də gözləniləndir. İnsanlar da bu xəbərlərə alışmalıdırlar. Rixter şkalası üzrə 3 bala qədər olan təkanlar əksər bölgələrdə gündə 5-6 dəfə təkrarlanır. Bunlar hamısı tektonik qırılmalarla bağlıdır. Azərbaycan da tektonik bölgədə yerləşir. Dünənki zəlzələ güclü olsa da, onun dağıdıcılıq gücü yox idi. 5.5 normal tikililər üçün normal idi. Binalar 6 bala kimi zəlzələrə dözməlidirlər, xırda çatların olması isə normaldır”.

Q.Yetirmişli son günlər müşahidə olunan zəlzələlərin dünyanın bir sıra ölkələrində müşahidə olunan aktivliklə əlaqədar olub-olmamasına da aydınlıq gətirib:

“Azərbaycanda bu il ötən ilə nisbətən seysmiklik daha aktivdir. Dünənki zəlzələ bu il maqnitudası 5-dən çox olan beşinci zəlzələ idi. Bu ilin fevralın 10-da Hacıqabulda baş vermiş zəlzələ bütün respublikanı silkələmişdi. Aktivliyin yüksəlməsi, xırda təkanlar həmin zəlzələdən sonra ocaqların fəallaşması ilə əlaqələndirilir. Bu baxımdan deyə bilərik ki, təkanların xarici ölkələrdəki zəlzələlər və aktivləşmə ilə əlaqəsi yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm