İtkin düşən məktəblilər tapıldı - TƏFƏRRÜAT (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İtkin düşən məktəblilər tapıldı - TƏFƏRRÜAT (YENİLƏNİB)

İtkin düşən uşaqların təhsil aldıqları 64 saylı məktəbin direktoru Rəfail Mehdiyev Publika.az-a bildirib ki, orta məktəbin 4-cü sinif şagirdləri 9 yaşlı Aysu Həsənova və onun xalası oğlu İlqar Bağırov dünən saat 12:15-də dərsdən çıxdıqdan sonra məktəbin qarşısında valideynlərini görməyiblər və parka oynamağa gediblər.

Buradan da evə gedə bilməyən uşaqlar parkda ağlamağa başlayıblar. Yaxınlıqda olan bir nəfər onların gündəliklərinə baxaraq valideynlərinə zəng vurub. Uşaqlar dünən gecə valideynlərinə təhvil veriliblər. Artıq bu gün onların hər ikisi dərsdə olublar. Narahatçılığa heç bir əsas yoxdur.

12:52

Bakıda itkin düşən məktəblilər tapılıb. Bu barədə Publika.az-a uşaqların təhsil aldığı 64 saylı orta məktəbdən bildirilib. Vurğulanıb ki, onlar dünən dərsdən evə gedən zaman azıblar. Yollarını azan uşaqlar yaxınlıqda yaşayan şəxslər tərəfindən evə aparılıb. Onların Gündəliklərindən valideyinlərinin telefon nömrələrini götürərək onlarla əlaqə saxlanılıb. Uşaqlar artıq valideynlərinə təhvil verilib.

Xatırladaq ki, milli.az-ın yaydığı məlumata görə, Bakı şəhərində iki məktəblinin yoxa çıxması barədə Xətai Rayon Polis İdarəsinə müraciət olunub. 64 saylı orta məktəbin 4-cü sinif şagirdləri, 9 yaşlı Aysu Həsənova və onun xalası oğlu İlqar Bağırov dərsdən evə qayıtmayıblar. Məsələ ilə bağlı 9 yaşlı A.Həsənovanın atası polisə ərizə yazaraq qızının və onunla bir sinifdə oxuyan baldızı oğlunun yoxa çıxmasını bildirib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm