DİN-dən külək açıqlaması
Bizi izləyin

Qırmızı.az

DİN-dən külək açıqlaması

Dünən Bakıda əsən güclü küləyin törətdiyi fəsadlarla bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Publika.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 29-da küləyin əsməsi nəticəsində Nəsimi rayonu H.Əliyev küçəsində Abşeron rayon sakini Mübariz Əhmədova məxsus “Mercedes” markalı avtomobilinin üzərinə binanın üstündən dəmir parçası, Xətai rayonu Naximov küçəsində Bakı şəhər sakini Zakir Məmmədova məxsus “Nissan” markalı avtomobilin üzərinə eyvandan şkaf, M.Hadi küçəsində Məmmədtağı Məmmədova məxsus “Opel” markalı avtomobilin üzərinə ağac düşüb. Xəsarət alan olmayıb, avtomobillərə qismən ziyan dəyib.

Sentyabrın 29-da küləyin əsməsi nəticəsində Nərimanov rayonu Ə.Vahid küçəsində Sumqayıt şəhər sakini Ramin Hacıbalayevə məxsus “Chevrolet” markalı avtomobilin üzərinə ağac düşüb. Xəsarət alan olmayıb, avtomobilə qismən ziyan dəyib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm