AMEA-nın alimləri beynəlxalq tədbirdə
Bizi izləyin

Qırmızı.az

AMEA-nın alimləri beynəlxalq tədbirdə

AMEA Radiasiya Problemləri İnstitutunun alimləri 21-26 sentyabrda Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 58-ci sessiyasının iclaslarında iştirak ediblər.

İnstitutdan Publika.az-a verilən xəbərə görə, iclasda AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov və həmin institutun beynəlxalq təşkilatlarla iş üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulov iştirak edib.

İldə bir dəfə keçirilən və hesabat xarakteri daşıyan bu iclasda 2016-2017-ci illər və 2015-2018-ci illərlə bağlı layihələr müzakirə olunub. AEBA texniki əməkdaşlıq və digər 4 departamentində geniş səviyyədə danışıqlar aparılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm