Qırmızı.az
Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar (SİYAHI)
Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək.
İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərindən Publika.az-a daxil olan birgə məlumatda deyilir ki, oktyabrın 4-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.
Satış yarmarkaları oktyabrın 4-5-də keçiriləcək.
Qurbanlıq heyvanların satışının təşkil olunacağı ünvanlar:
Qaradağ rayonu
- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;
- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;
Səbail rayonu
- Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin
yanı;
- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;
Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti;
Binəqədi rayonu
- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin
kəsişməsi;
- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, "Zəngəzur" şadlıq evi ilə
üzbəüz;
- Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı);
- Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə
mərkəzi;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, F.X.Xoyski prospekti ilə kəsişmədə;
Nizami rayonu
- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Neolit" restoranının yaxınlığında;
Xətai rayonu
- Nobel prospekti, "Nargilə" kafesinin yanı;
- M.Hadi küçəsi, Ukrayna dairəsində;
- Mehmandarov küçəsi, 72, Elektrik yarımstansiyasının
yaxınlığında;
Sabunçu rayonu
- Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin
yanı;
- Sabunçu qəsəbəsi, Şəhər Şossesi, “ABU” yanacaq doldurma
məntəqəsinin yanı;
Suraxanı rayonu
- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin
yanı;
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun
yanı;
- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;
-Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi
Xəzər rayonu
- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 9, (yolun solu);
- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi 41, (Qala bələdiyyəsinin
inzibati binasının qarşısı);
- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 3.
Gülxar
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK