• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qənirə Paşayeva III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda iştirak və çıxış edib

Qənirə Paşayeva III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda iştirak və çıxış edib

Millət vəkili Qənirə Paşayeva Hindistanda III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda Nizami Gəncəvi Azərbaycan şairidir, bunu hər kəsin bilməsini istəyirik dedi.

Millət vəkili Qənirə Paşayeva Hindistanın Dehli şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda iştirak və çıxış edib. Simpoziumun açılış mərasimi Jamia Millia İslamia Universitetinin İnformasiya Texnologiyaları Mərkəzində olub. Simpoziumu giriş sözü ilə təşkilat komitəsinin baş katibi Ahmet Aytaç açıb. O, qonaqları salamlayıb, Hindistanın indi və tarixdə Türk-İslam dünyası ilə əlaqələrindən bəhs edib. Təşkilat Komitəsinin həmsədri, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Azərbaycandan çox sayda alimin simpoziuma qatıldığını qeyd edib. Millət Vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası dostluq qrupunun üzvü, Dos. Dr. Qənirə Paşayevanın simpoziuma verdiyi dəstəyi bildirib. O, Hindistanın dünyada tanınan Jamia Millia İslamia Universitetinin rəhbərliyinə yaratdıqları şəraitə görə minnətdarlıq edib.

Təşkilat Komitəsinin həmsədri, Jamia Millia İslamia Universitetinin İncəsənət fakültəsinin dekanı, Prof.Dr. Qəzənfər Zahidi universitetin Hindistanın mərkəzi universitetlərindən biri olmasını, burada xristianlarla müsəlmanların birlikdə təhsil almasını, rəssamlıq, təhsil, heykəltəraşlıq, təsviri incəsənət fakültələrinin fəaliyyət göstərməsini xüsusilə qeyd edib. Təşkilat Komitəsinin həmsədri, Selçuk Unversiteti Türk Əl Sənətlərini Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri, Dos.Dr. Osman Kunduracı Dehlinin uzaq məsafədə yerləşməsinə baxmayaraq alimlərin əzmli olduqlarını və maraqlı məruzələr dinləyəcəklərini bildirib. Millət Vəkili, Dos.Dr. Qənirə Paşayeva simpoziumun açılış bölməsində çıxışı zamanı tarix boyunca Hindistanla türk imperiya, dövlət və xalqları arasında qədimdən başlayan münasibətlər, bu ölkədə türk tarixinin önəmli bir parçasının olması, türk tarixinə aid böyük tarixi abidələr barədə geniş çıxış edib və bildirib ki, türk tarixi, mədəniyyəti, ədəbiyyatı, Türk xalqıları ilə Hindsitan arasında münasibətlərin tarixi barədə Hindistan cəmiyyətinə geniş məlumatların çatdırılmasına böyük ehtiyac var və Hindistanda keçirdiyi görüşlər, müzakirə və söhbətlər də bunu deməyə əsas verir. Azərbaycanın, Türk Dünyanın böyük şairi Nizami Gəncəvinin Hindistanda çox sevildiyini amma təssüf ki, hələ də bir çox ziyalıların Hindistanda yanlış olaraq onu hələ də fars şairi kimi tanımasından üzüldüyünü deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın dəstəyi ilə Nizami Gəncəvinin 850 illik yubleyinin Hindistanda qeyd edilməsi, alimlərin, ziyalıların iştirakı ilə keçirilən tədbir, müzakirə və görüşlərin əhəmiyyətindən və Hindistan cəmiyyətinə doğruların axtarılmasında vacib və həmiyyətli olmasından danışaraq Hindistanda III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu kimi tədbirlərin daha da artmasının vacibliyini bildirib.

Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı və Ermənistanın işğalçılıq siyasəti üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqından da danışıb və bu həiqətlərin də Hindistan cəmiyyətinə daha da geniş çatdırılması istiqamətində səylərin artmasının vacibliyini bildirib. Açılış mərasiminin sonunda qarşılıqlı olaraq plaketlər və hədiyyələr təqdim olunub. Təşkilatçılar MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) adından tədbirə vediyi dəstəyə görə millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevaya xüsusi plaket və mükafatlar təqdim olunub. Qənirə Paşayeva da təşkilatçılara Azərbaycan tarixi və mədəniyyətinə aid maraqlı materiallar, kitabılar, sənədlər filmlər hədiyyə edib. Hindistanın Jamia Millia İslamia Universitetinə də Azərbaycan tarixi və mədəniyyətinə aid materiallar, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan "Azərbaycan həqiqətləri" filmlər kataloqu hədiyyə edilib və millət vəkili təhsil alan gənclər üçün Azərbaycanla bağlı daha geniş materiallar göndərəcəyinə söz verib.

Simpoziumda iki gün ərzində müxtəlif bölmələr üzrə Azərbaycan, Türkiyə, İtaliya və Hindistandan olan alimlərin 60-dan çox məruzə və poster-məruzəsi dinlənilib və sərgilənib.

Simpozumun yekun iclasında Hindistanın Türk-İslam tarixində önəminə diqqət çəkən natiqlər gələcəkdə də bu cür elmi-kütləvi tədbirlərin keçirilməsinin buradakı türk əsərlərinin araşdırılması, qorunması və mühafizəsinə böyük təsir edəcəyini bildiriblər. Jamia Millia İslamia Universitetində Türkoloji bölməsinin açılmasının böyük önəm daşıdığını bildirən azərbaycanlı nümayəndələr burada Azərbaycan dili və ədəbiyyatının tədris olunmasını da arzuladıqlarını nəzərə çatdırıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR