Qırmızı.az
Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində tərəddüd edəcəyi, birinci ongünlükdə müsbət anomaliyalar üstünlük təşkil etsə də, üçüncü ongünlükdə temperaturun iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi ərazilərdə və Lənkəran-Astara zonasında iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17
dərəcə isti (gecələr 11-16 dərəcə isti, lakin üçüncü ongünlüyün
bəzi günlərində iqlim normasından bir qədər aşağı, gündüzlər 18-23,
birinci ongünlüyün bəzi günlərində 25-27 dərəcəyədək isti, üçüncü
ongünlüyün bəzi günlərində isə 12-16 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı
gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-15
dərəcə isti (gecələr ayın birinci yarısında 5-10 dərəcə isti, bəzi
günlərdə 15 dərəcəyədək yüksələcəyi, üçüncü ongünlükdə 3 dərəcə
şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 20-25, ayın birinci
yarısında bəzi günlərdə 28 dərəcəyədək isti olsada, üçüncü
ongünlükdə 11-16 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın (norma 19-32 mm), bəzi yerlərdə isə normadan çox
olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 5-10 dərəcə isti (gecələr 1-6 dərəcə şaxta, bəzi günlərdə 10 dərəcəyədək isti, üçüncü ongünlükdə normadan aşağı, hətta bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 13-18, ayın birinci yarısının bəzi günlərində 20-24 olsada üçüncü ongünlükdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır lakin bəzi günlərdə normadan bir qədər yüksək olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 11-16, üçüncü ongünlükdə 2-7 dərəcə isti, gündüzlər 18-23, ayın birinci yarısının bəzi günlərində 28 dərəcəyədək yüksələcəyi, üçüncü yarısında 13-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
orta aylıq temperaturun 10-15 dərəcə isti (gecələr 7-12 dərəcə
isti, bəzi günlərdə 15 dərəcəyədək yüksələcək, üçüncü ongünlüyün
sonunda 0-4 dərəcəyədək şaxta, gündüzlər 11-16 dərəcə isti, ayın
birinci yarısında 18-23, bəzi günlərdə hətta 25 dərəcəyədək
yüksələcəyi, üçüncü ongünlükdə isə 5-10 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 11-16, bəzi günlərdə 19 dərəcəyədək isti, üçüncü ongünlükdə 9-14, bəzi günlərdə isə 17 dərəcəyədək isti, gündüzlər 18-23, ayın birinci yarısının bəzi günlərində 25-30, üçüncü ongünlükdə bəzi günlərdə 10-15 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 10-17 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 18 dərəcəyədək isti, üçüncü ongünlükdə isə 5-10 dərəcə isti, dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüzlər 17-22, ayın birinci yarısının bəzi günlərində 27 dərəcəyədək, üçüncü ongünlükdə bəzi günlərdə 10-15 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI