Balaca qıza ailəlikcə təcavüz etdilər – ŞOK OLAY
Bizi izləyin

Qırmızı.az

Balaca qıza ailəlikcə təcavüz etdilər – ŞOK OLAY

Türkiyənin Aydın şəhərində yaşanan təcavüz hadisəsi eşidənləri şoka salıb. 15 yaşlı qıza həm böyük qardaşı, həm də babası təcavüz edib.

Publika.az “internethaber”ə istinadən xəbər verir ki, Türkiyənin Aydın şəhərində məktəbə getməyən 15 yaşlı qız Ö.B. üç il əvvəl 17 yaşlı qardaşı K.B.-nin və bir dəfə də, 60 yaşlı babası A.B.-nin təcavüzünə uğrayıb. Qız bu barədə rəfiqəsinə danışıb. Bundan sonra məsələ ortaya çıxıb və polis hərəkətə keçib.

Qızın böyük qardaşı K.B. həbs olunub, iddianı rədd edən babası A.B. isə istintaqa cəlb edilib.

Dayısının yanına qaçaraq xilas olub

Ö.B.-nin bir rəfiqəsinə danışdıqları daha bir təcavüz faktını üzə çıxarıb.

Qızın TIR sürücüsü olan atası yalnız bazar günləri evdə olur.

İddiaya görə, üç ildir ki, bacısına təcavüz edən və bu vaxtı da evdə tək olan K.B. növbəti dəfə keçən həftənin bazar günü Ö.B. ilə cinsi əlaqəyə girmək istəyib. Bundan sonra Ö.B. yuxarı mərtəbədə yaşayan dayısının evinə qaçıb. Bir müddət burada vaxt keçirən Ö.B. evə qayıdan zaman qardaşının yatmış olduğunu görüb. Təkrar olaraq evdən çıxan Ö.B. bir rəfiqəsinin evinə gedib. Ö.B. rəfiqəsi ilə dərdləşən zaman başına gələnləri danışıb və hadisə ortaya çıxıb.

Qızın rəfiqəsinin bu hadisəni polisə xəbər verməsindən sonra əxlaq bürosu böyük K.B. ilə baba A.B.-nin eyni gündə yaxalayıb.

Böyük qardaşı etiraf etdi, babası rədd etdi

Yaxalanan K.B. uşaq şöbəsinə təslim edilib. Psixoloq müşayiətində ifadəsi alınan Ö.B. üç ildir ki, böyük qardaşının, bir dəfə isə babasının ona təcavüz etdiklərini deyib. Qız bildirib ki, babası onu yuxudaykən zorlayıb. Qız yuxudan oyananda isə babası “sənə bunu elədiyim üçün üzr istəyirəm” söyləyib.

Qız polis idarəsində ifadə verdikdən sonra qardaşı K.B. həbs olunub, iddianı rədd edən babası A.B. isə istintaqa cəlb edilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm