• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

202 polis məsuliyyətə cəlb olunub

202 polis məsuliyyətə cəlb olunub

Son 2 ildə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması hallarının sayı xeyli azalıb, işgəncə vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirib. Onun sözlərinə görə, cari ilin ötən dövründə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 8,1 faiz, bununla əlaqədar cəzalandırılanların sayı 13,2 faiz azalıb. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkarlanmış 129 fakt üzrə 202 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 30 nəfər xidmətdən xaric edilib, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunub, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

O qeyd edib ki, son illər idarəçilik və təşkilatçılıq fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, məsuliyyətinin artırılması, xidməti və icra intizamının möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr, göstəriş və planlar hazırlanıb icraya yönəldilib.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı və 2011-ci illərdə imzaladığı Sərəncamlar əsasında görülən işlər qanunçuluğun, o cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətin keyfiyyətcə yeni müstəviyə keçməsinə, polisin nüfuzunun yüksəlməsinə, hüquq mühafizə və digər dövlət orqanları, o cümlədən Ombudsman təsisatı ilə işgüzar əlaqələrin genişlənməsinə, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət edib.

Belə ki, vətəndaş məmnunluğunun təmin edilməsi, cinayət və hadisələrə çevik reaksiya verilməsi, ictimaiyyətlə əlaqələrin səmərəli təşkili məqsədilə yaradılmış «102» xidməti, «Təhlükəsiz şəhər» sistemi, «Qaynar xətt»lər, elektron poçt ünvanı müvafiq sahədə qarşıda duran vəzifələrin uğurlu icrasını təmin etməkdədir.

38 yeni müvəqqəti saxlama yeri tikilib

Qeyd olunub ki, ərazi polis orqanları üçün beynəlxalq standartlara cavab verən 38 yeni müvəqqəti saxlama yeri tikilib, 24-ü əsaslı təmir olunub. Hökumət və qeyri-hökumət təşkilatlarından, eləcə də beynəlxalq qurumlardan olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq aparmalarına lazımi şərait yaradılmış və təkcə cari ilin 9 ayında onlar tərəfindən 200-dən çox müvafiq yoxlama tədbiri keçirilib. Digər tərəfdən, xidməti fəaliyyətin nəticələri barədə əhalinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılması, vətəndaşların ayda iki dəfə həm respublikanın regionlarında, həm də Nazirlikdə qəbul edilməsi qanunçuluğun və insan hüquqlarının qorunması işində mühüm əhəmiyyət kəsb edən məsələlər olaraq davamlı surətdə aparılır.

Polisin beynəlxaql əməkdaşlığı

BMT, ATƏT və Avropa Şurası, Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Miqrasiya Təşkilatları, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də bu təşkilatların Azərbaycandakı müvafiq qurumlarının nümayəndələri ilə insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı Nazirlikdə çoxsaylı görüşlər keçirilibr. Son 10 ildə daxili işlər orqanlarının 5 mindən çox əməkdaşı müvafiq məsələlərə həsr olunmuş seminarlarda, treninqlərdə iştirak edib. Bildirilib ki, həyata keçirilən bu və digər tədbirlər qanunçuluğun möhkəmlənməsinə, fəaliyyətin müvafiq istiqamətində müəyyən müsbət nəticələrin əldə olunmasına xidmət edib.

Zülfüqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR