Qırmızı.az
Bakıda maşın oğruları tutuldu - FOTOLAR
Xətai rayon Polis İdarəsinin əməkdaşları avtomobil qaçıraraq hissələr ayırıb satmaqda təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2014-cü il yanvarın 17-də vətəndaş Fəzail Abuşovun vaz-21-07 markalı avtomobilinin oğurlanması barədə polisə məlumat daxil olub.
Dərhal əməliyyat axtarış tədbirlərinə başlayana polis əməkdaşları avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 23 yaşlı Elvin Həmidovu yaxalayıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, axşam saatlarında avtomobilə yaxınlaşaraq qapısının açıq olduğunu görüb. Bu zaman maşını işə salaraq qaçırıb.
Elvin Həmidov avtomobili 1 gün sürdükdən sonra satmaq üçün müştəri
axtarıb. O, Zaqatala və Balakən rayonlarında yaşayan tanışları ilə
əlaqə yaradaraq müştəri maşın üçün tapıb. Elə həmin gün avtomobili
Zaqatalaya - tanışı Vüqar Cavadzadənin yanına aparan Elvin Həmidov
500 manata sataraq Bakıya qayıdıb.
Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları
avtomobilin satılmasında iştirak edən digər şəxsləri – Balakən
rayon sakinləri, 32 yaşlı Maqsud Dibirov, 19 yaşlı Rəsul
Mahamaxanov və Zaqatala rayon sakini, Vüqar Cavadzadəni də
yaxalayıb. Vüqar Cavadzadə ifadəsində bildirib ki, Elvin Həmidov
əvvəlcə maşını 1200 manata satmaq istəyib. O da bu barədə tanışı
Maqsud Dibirova məlumat verib. Maqsud avtomobili yoxladıqdan sonra
500 manata almağa razılaşıb.
Maqsud Dibirov maşını bir neçə gün sürdükdən sonra izi itirmək
qərarına gəlib. O, maşını tanışı Rəsul Mahamaxanova verərək
hissələrə ayırıb satmağı tapşırıb. Beləliklə, Rəsul Mahamaxanov
avtomobili 4 gün ərzində hissələrə ayıraraq satmağa hazırlaşıb.
Maşının mühərrik və sürət qutusu, eləcə də sökülmüş digər hissələri
saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb.
İstintaq araşdırmaları ilə daha sonra müəyyən olub ki, bu
saxlanılan şəxslərin ilk belə cinayəti deyil.
Onlar son bir neçə ayda Bakı şəhərinin müxtəlif ərazilərindən eyni üsulla oğurladıqları avtomobilləri hissələrə ayıraraq satıblar. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Saxlanılan şəxslərin törətdikləri digər cinayətlər araşdırılır.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək