Zakir Qaralovdan Goranboyda baş verən qətliamla bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralovdan Goranboyda baş verən qətliamla bağlı AÇIQLAMA

"Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə qrupu hadisə yerinə göndərilib".

Publika.az-ın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə Goranboyda baş vermiş hadisə ilə bağlı danışarkən deyib.

O bildirib ki, bu dəhşətli hadisə ilə bağlı ona birinci müavini gecə məlumat verib. Dərhal hadisə yerinə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin müvafiq şəxsləri ezam olunub.

Baş prokuror qeyd edib ki, hadisənin tam obyektiv istintaqı təmin olunacaq: "Belə bir hadisənin baş verməsinə çox təəssüf edirik. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətl törədən şəxs tutulub".

Qeyd edək ki, Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bir ailənin evinə silahlı hücum olub. Hücum nəticəsində bir ailənin 7 üzvü öldürülüb, iki nəfər yaralanıb.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm