Leyla Yunusun cinayət işi ilə bağlı istintaq obyektiv aparılacaq
Bizi izləyin

Qırmızı.az

Leyla Yunusun cinayət işi ilə bağlı istintaq obyektiv aparılacaq

"Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, Leyla Yunusovanın cinayət işi ilə bağlı istintaqın tam obyektiv aparılması təmin olunacaq və nəticələri barədə əlavə məlumat veriləcək". Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

O bildirib ki, istintaqın ilk günündən bu şəxslər tələb etdikləri vəkillə təmin olunub. Onlar vəkillə də hər gün, istənilən vaxt görüşürlər. Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, onların hüquq və azadlıqları təmin olunur".

Baş prokuror Leyla Yunusovaya qarşı zorakılıq törədilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır.

"Dərhal ekspertiza keçirilib, Leyla Yunusa xəsarət yetirilməyib".

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm