"NİDA"çıların müraciəti ilə bağlı qərar veriləcək
Bizi izləyin

Qırmızı.az

"NİDA"çıların müraciəti ilə bağlı qərar veriləcək

"Həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab Prezidentə ünvanlanıb. Onlar barədə qərarı da möhtərəm Prezident verəcək". Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə baş prokuror Zakir Qaralov deyib.


Baş prokurorun sözlərinə görə, ictimai asayişi kobud şəkildə pozmağa cəlb edilmiş şəxslər başa düşməlidirlər ki, Azərbaycan gənclərini dövlətə qarşı yönəldə bilməzlər: "Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq".

Qeyd edək ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm