Baş prokurordan keçmiş hakimin cinayət işi ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Baş prokurordan keçmiş hakimin cinayət işi ilə bağlı AÇIQLAMA

"İstər prokuror, istər müstəntiq olsun, əgər konkret cinayət işlərinin istintaqı və yaxud ərizə, şikayətlərin baxılması zamanı qanunun tələbləri pozulursa, sözsüz ki, onlar məsuliyyətə cəlb olunurlar". Publika.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov Nərimanov rayon prokuroru, onun müavini və köməkçisinin işdən azad edilməsi və cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.

O qeyd edib ki, cinayət məsuliyyətinə cəlb olunan şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevdir.

"Digər işçilər haqqında cinayət işini ayırmışıq. Bu gün həmin istiqamətdə istintaq göstərəcək ki, kimsə məsuliyyətə cəlb olunmalıdır, yoxsa yox".

Qeyd edək ki, Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm