Goranboydakı qətliamla bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Goranboydakı qətliamla bağlı cinayət işi açıldı

Goranboy rayonunda baş vermiş qətliamla bağlı cinayət işi başlanıb.

Goranboy rayon prokurorunun böyük köməkçisi Fizuli Əliyev Publika.az-a bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 10.2.7 ( iki və ya daha çox şəxsi öldürmə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm