Tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya hazırlanır
Bizi izləyin

Qırmızı.az

Tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya hazırlanır

Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya hazırlanır. Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardla görüşündə bildirib.

Nazir bildirib ki, Aİ ilə əməkdaşlığın uğurlu davamı kimi, cari ilin may ayından icrasına başlanan “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi də Azərbaycan üçün vacib sahəyə yönəlib.

“Layihə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin, həmçinin tibbi-sosial reabilitasiya sisteminin qabaqcıl Avropa təcrübəsi əsasında təkmilləşdirilməsinə xidmət edir. 2014-2016-cı illəri əhatə edən layihə üzrə avropalı ekspertlərlə birgə artıq müvafiq işlər aparılır”.

Onun sözlərinə görə, layihə çərçivəsində ölkənin tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan hazırlanacaq. Digər tərəfdən, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanması, müvafiq sahədə çalışan işçi heyətin peşəkar bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.

Layihənin əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi üçün çoxşaxəli fəaliyyət sahələrini əhatə etdiyini qeyd edən M.Mard bildirib ki, bu layihənin icrasının müsbət nəticələri gələcəkdə digər sahələrdə əməkdaşlıq üçün vacib əsasın yaranmasına xidmət edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm