Nazirlikdən istehsalçılara şad xəbər
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən istehsalçılara şad xəbər

Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə “Sığorta haqqında" qanun layihəsi hazırlayıb. Layihədə kənd təsərrüfatı sahələrində sığorta sisteminin yaradılması nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, layihə artıq hökumətə təqdim edilib.

“Müzakirələrdən sonra qanun Milli Məclisə təqdim ediləcək. Qanunda bütövlükdə kənd təsərrüfatı sahələrinin sığortalanması, dövlət dəstəyi, təkrar sığortalanma prinsipləri əks etdirilib. Qanunun nə vaxt tətbiq ediləcəyini deyə bilmərik”.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı sahələri sığortalanmır. Fermerlər ziyana düşdükdə zərər kompensasiya olunmur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm