Qurbanlıq qoyunların satış qiymətləri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Qurbanlıq qoyunların satış qiymətləri açıqlandı

Qurban bayramında qiymətlərin münasib olması üçün bütün tədbirlər görülüb. Heyvanlar 90-95 manatdan başlayaraq təqdim ediləcək.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir bu il kənd təsərrüfatının bir sıra sahələrində yeniliklər tətbiq ediləcəyini bildirib. Onun sözlərinə görə, bu ildən kəsim sisteminin təkmilləşdirməsi ilə bağlı yeniliklər ediləcək:

“Qurbanlıqların kəsilməsi bir qədər primitiv və çirkli şəkildə həyata keçirilir. İlkin olaraq, Türkiyədən səyyar kəsici avadanlıqlar gətirmişik. Səyyar kəsim təxminən 8 rayonda həyata keçiriləcək. Kəsimlər palatkada da təşkil ediləcək.Bu il sınaq şəklində həyata keçirilsə də, gələn il geniş miqyaslı təşkil ediləcək.

Səyyar texnikalar lizinq yolu və İqtisadiyyat və Sənaye Nazirliyinin xətti ilə gətirilib. Kəsim qiyməti işi təşkil edənlərlə satışı təşkil edənlər arasında razılaşdırma yolu ilə müəyyən ediləcək. Bu qurbanlıq qoyunların dərisinin verilməsi qarşılığında ödəniş edilə, yaxud topdan satış həyata keçirənlər bu işi ödənişsiz təşkil edə bilər. Ödənişli təşkil edilərkən isə qiymətin münasib olmasına çalışacağıq”.

Nazir onu da vurğulayıb ki, Qurban bayramında görüləcək tədbirlər kəsim sistemində tətbiq ediləcək yeniliklərin bir hissəsidir:

“Kəsim sisteminin təkmilləşdirmək üçün ölkə üzrə iri miqyasında kəsim məntəqələrinin tikintisinə start verilib. Gələcək şəhərdə heyvan kəsimi həyata keçirilməyəcək. Çünki bu cür kəsimlər paytaxtın hazırkı görünüşünə yaraşmır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm