Azərbaycan Rusiya ilə birlikdə məhsul istehsal edəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Rusiya ilə birlikdə məhsul istehsal edəcək

Azərbaycan Rusiya ilə birlikdə kənd təsərrüfatı məhsullarının istehsalına başlayacaq. Bununla bağlı danışıqlar aparılır.

Publika.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib.

“Özüm Moskvada olmuşam, müəyyən görüşlər keçirmişik. Rusiya ilə birlikdə loqistik mərkəzlərin tikilməsi, sahələrimizdən istifadə etməklə məhsul yetişdirilməsi və s. məsələlər müzakirə edilib. Lakin yekun qərar hələ ki verilməyib, təkliflər müzakirə mərhələsindədir. Variantlar üzərində danışıqlar aparırıq”.

Nazir Azərbaycanın Rusiyaya quşçuluq məhsulları ixrac etməsinə də münasibət bildirib:

“İqtisadiyyat və Sənaye Nazirliyi quşçuluğun inkişafına böyük vəsait yönəldib. Bu sahə üzrə bir neçə layihə reallaşmaqdadır. Rusiya ilə danışıqların nizama salınması, quşçuluq fabriklərinin istifadəyə verilməsi və istehsalın artırılması üst-üstə düşəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm