Goranboyda qətliamın baş verdiyi evdən qan donduran FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Goranboyda qətliamın baş verdiyi evdən qan donduran FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Goranboyda ailə münaqişəsi zəminində dəhşətli qətliam baş verib.

Qanlı hadisə zamanı biri azyaşlı olmaqla 7 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Bu dəfə mübahisənin qurbanı günahsız insanlar olub. Hadisə ötən gecə səhər saatlarında Goranboy rayonu Səfikürd kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngi və əl qumbarası istif ilə silahlanaraq qaynanasının evinə gəlib. Həyat yoldaşını, qaynanasını, qaynını və onların ailə üzvülərini qətlə yetirib. Qətlə yetirilənlər aşağıdakılardır:

1. 63 yaşlı il təvəllüdlü Ofelya İsa qızı Məmmədova,

2. 56 yaşlı Diləzbər Alı qızı Məmmədova,

3. 51 yaşlı Həvayət Xanlar qızı Məmmədova,

4. 31 yaşlı Fərqanə Allahyar qızı Məmmədova,

5. 30 yaşlı Südabə Allahyar qızı Hüseynova,

6. 25 yaşlı Namiq Allahyar oğlu Məmmədov

7. 3 yaşlı İsa Elvin oğlu Məmmədovdur.

Bildirilib ki, kürəkənin qayınanasının evinə etdiyi silahlı basqın zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bunlar 28 yaşlı Natiq Məmmədov və 26 yaşlı Günel Məmmədovadır.

Hadisəni törətdikdən sonra Rafiq Hüseynov odlu silahını da götürərək, Goranboy Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 10.2.7 ( iki və ya daha çox şəxsi öldürmə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Teleqraf.com-un əməkdaşı hadisənin baş verdiyi ünvanda olub. Onun hazırladığı videomaterialı və fotoları təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm