Qırmızı.az
Almaniyalı professor azərbaycanlı tələbələrə dərs keçib
Osvald fon Volkenşteyn cəmiyyətinin prezidenti, Vürtsburq Universitetinin professoru Ziqlinda Hartman və göstərilən universitetin professoru Klaus Volf artıq iki həftədir ki, Bakı Slavyan Universitetinin tələbələrinə mühazirələr oxuyurlar. Sentyabrın son günü alman filologiyası tələbələri üçün yaddaqalan olub. Bu barədə Publika.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Professor Ziqlinda Hartmanın rəhbərliyi altında tərtib olunmuş “Alman ədəbiyyatından səhnəciklər”ədəbi-musiqili proqramı universitet tələbələrini, onun nəzdindəki Məktəb-lisey kompleksinin şagirdlərini, hətta alman dili mütəxəssislərini əhatə edib. Gecədə alman dilində mahnılar, seirlər, səhnəciklər səsləndirildi. BSU Məktəb-lisey kompleksinin akt zalında başlanan tədbir ahəngdar şəkildə Filologiya fakültəsinin “Tələbə klubu”nda davam etdirildi. Bu hissədə müəllim və tələbələrə alman mətbəxinin özəllikləri nümayiş etdirildi. Azərbaycan, rus, ingilis, fransız dilləri və ədəbiyyatları bölmələrinin tələbələri də almaniyalı müəllim və alman filologiyası bölümündə təhsil alan tələbələr tərəfindən alman mətbəxinə qonaq edilib.
Gecəyə dəvət almış BSU rektoru prof.A.A.Hacıyev, Avstriya səfirinin müavini və konsul Ute Friesner, Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı ofisinin direktoru Ştefani Dufauks və digər qonaqlar bir neçə saatlığa özlərini alman mədəniyyəti və dil mühitinin iştirakçısı hiss edib. “Tələbə klubu”nda Alman-Azərbaycan çay süfrəsi arxasında ölkələrimiz və universitetlərimiz arasında əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Qonaqlar bu gecəni “Almaniyanın birləşdirilməsi günü”nə gözəl hədiyyə kimi dəyərləndiriblər.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!