• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şəmkirdə hərbu qulluqçuların yola salınma mərasimi keçirilib - Foto

Şəmkirdə hərbu qulluqçuların yola salınma mərasimi keçirilib - Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli sərəncamına uyğun olaraq "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuları yola salma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mərasimdə hərbi hissə komandanlığı, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun dövlət və ictimai təşkilatlarının rəhbərləri, müharibə veteranları, məktəblilər iştirak ediblər. Tədbirin əvvəlində hərbi hissə komandanlığı, ehtiyata buraxılan əsgərlər və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil və çiçəklər qoyublar. Təntənəli tədbir dövlət himninin ifası ilə açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən polkovnik Elşad Əbilov şəxsi heyətə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun və birlik komandirinin təbrikini çatdırıb.

Tədbirdə iştirak edənlərdən Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Şəmkir rayon Heydər Əliyev mərkəzinin direktoru Məleykə Əlizadə, Şəmkir rayon Qadınlar Şurasının sədri Nüşabə Seyidova, Şəmkir rayon Əhməd Cavad adına orta məktəbin şagirdləri ehtiyata buraxılan hərbi qulluqçuları təbrik edərək, onlara xidmətlərinə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin ən təsirli anlarından biri isə ehtiyata buraxılan əsgərin yenicə hərbi xidmətə gəlmiş əsgərə silahını və dəbilqəsini təntənəli surətdə təqdim etməsi olub. Sonra ehtiyata buraxılan hərbi qulluqçular arasında xidmətdə fərqlənənlərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub, əsgər valideynlərinə təşəkkür məktubları göndərilib.

Şəxsi heyətin tribunanın önündən təntənəli marşla keçidindən sonra Şəmkir rayon Mədəniyyət evi əməkdaşlarının təqdim etdiyi geniş konsert proqramı ilə tədbir sona çatıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR