Qırmızı.az
Müdafiə naziri təlimlərin məqsədini açıqladı - VİDEO
"Zakir Həsənov ANS-ə bildirdi ki, bütün planlar, təlimlər Ali Baş Komandan, möhtərəm cənab prezidentin göstərişi ilə həyata keçirilir". Publika.az xəbər veir ki, bu barədə Müdafiə naziri Zakir Həsənov təlimlərdən sonra ANS-ə ekskluziv açıqlama deyib.
“Bizim qabaq, Türkiyə ilə birgə müxtəlif hərbi hissələrdə quru
qoşunların təlimləri olmuşdu. Bu təlimlər həm qardaş Türkiyədə, həm
də Azərbaycanda keçirildi. Ancaq iki ölkənin birgə hərbi hava
qüvvələrinin təlimləri ilk dəfə idi ki, Azərbaycanda keçirilirdi.
Çox önəmli olan məsələ odur ki, bizim pilotlarımız, Türkiyə Silahlı
Qüvvələrinin pilotları ilə birgə döyüş tapşırıqlarını yerinə
yetirməkdə, bir-birini sığortalamaqda, bir-birinə döyüşdə dəstək
verməklə təlimlər keçirdilər. Və mən bu təlimləri yüksək
qiymətləndirirəm və biz təlimləri bundan sonra da davam
etdirəcəyik, daha geniş bir səviyyədə. Mən maksimum dərəcədə
tapşırıq verdim ki, bu təlimlər real döyüş vəziyyətinə yaxın həyata
keçirulsin".
Türkiyə Hərbi Hava Qüvvələrinin təlim bölümünün rəhbəri Nihat
Çakıroğlu isə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə
təlimlərin keçirilməsini çoxdan gözlədiklərini dedi:
"Bizim tariximiz, atalarımız, dilimiz eyni, özəliklə də bunun
təməlində bir sevgi var Azərbaycana qarşı. Çünki bizim ürəklərimiz
bərabər üzülür, bərabər sevinir, iki ölkə olaraq. 20 ildir biz,
məhz bu anı gözləyirik. Qardaşlarımızla barabər əməliyyat həyata
keçirmək həsrəti ilə alışıb yanırdıq. Təlimlər bundan sonra da
davam etdiriləcək. Təlimlər burda başladı, amma burada bitməyəcək.
Növbəti illərdə də təlimləri həm Türkəyədə, həm də Azərbaycanda
davam etdirəcəyik, məhz qardaşlarımızla birlikdə”.
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY