Qırmızı.az
Qəbələ Azərbaycanın əfsanələr paytaxtı oldu
Bakı, 6 fevral (AzərTAc). Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində 2014-cü il üzrə paytaxt bölgələr məlum olub.
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə bu il üçün
Qəbələ “Azərbaycanın əfsanələr paytaxtı”, Balakən “Folklor
paytaxtı”, Abşeron rayonu isə “Sənətkarlıq paytaxtı” elan
edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
“2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramı
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi,
xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan
islahatların davamı olaraq həyata keçirilir.
Proqramın əsas məqsədləri regionlarda məqsədyönlü
tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi
mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı
regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat
səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verməkdir.
Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilir.
Paytaxt elan olunan bölgələrdə il ərzində milli folklor ustaları və kollektivlərinin çıxışları təmin edilir, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur, milli adət-ənənələrin təbliği, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır.
Azərbaycanın 2013-cü ilin “Xalq yaradıcılığı paytaxtları” Xaçmaz,
Zaqatala və Göygöl olmuşdur.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL