Avtomobillər toqquşdu, 1nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Avtomobillər toqquşdu, 1nəfər öldü

Xəzər rayonunda sərnişinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Xəzər Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, dünən gecə saat 20:30 radələrində Pirallahı-Qala yolunda 1983-cü il təvəllüdlü Lütfəliyev Əhməd Natiq oğlunun idarə etdiyi "VAZ 2104" markalı 90 DA 751 dövlət nömrə nişanlı avtomobillə, əks istiqamətdə hərəkət edən Dadaşov Elman Tahir oğlunun idarə etdiyi "Volkswagen" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2104"-ün sərnişini, 1976-cı il təvəllüdlü Həsənov Xanlar Fikrət oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda cinayət işi açılıb.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm