DSMF sədri pensiyaçıları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

DSMF sədri pensiyaçıları qəbul edəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev oktyabrın 9-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.


DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:


Fondun Aparatında (012) 434-12-34
Lənkəran rayon şöbəsində (02525) 5-08-59
Astara rayon şöbəsində (02522) 5-31-09
Masallı rayon şöbəsində (02521) 5-44-66
Lerik rayon şöbəsində (02527) 4-40-31
Yardımlı rayon şöbəsində (02520) 6-12-33


Qəbulda iştirak edəcək vətəndaşların oktyabrın 9-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm