Çaylarda biogen maddələrin miqdarı artıb
Bizi izləyin

Qırmızı.az

Çaylarda biogen maddələrin miqdarı artıb

Çaylarda biogen və fenolların miqdarı normadan yüksək olub. Publika.az-ın məlumatına görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin keçirdiyi monitorinq nəticəsində müəyyən edilib.

Monitorinqlər Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilib.

Kür çayında suyun sərfi sentyabr ayının II ongünlüyünə nisbətən 92 m3/san artaraq 203 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.3, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Sentyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.6, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-6.12 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm