Pul yığan müəllim və direktor vəzifəsindən azad olunacaq
Bizi izləyin

Qırmızı.az

Pul yığan müəllim və direktor vəzifəsindən azad olunacaq

Oktyabrın 5-i müəllimlər günü ilə əlaqədar olaraq məktəblərdə pul yığılması gündəmə gəlib. Artıq bəzi məktəblərdə şagirdlərdən pul yığılması ilə bağlı söhbətlər yayılıb.

Bu məsələ hər il bayram ərəfəsində gündəmə gəlir və Təhsil Nazirliyi də bu istiqamətdə mübarizə apardığını bəyan edir.

Bu il bayram ərəfəsində məsələ yenidən gündəmdədir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə yaydığı açıqlamada pul yığan müəllim və direktorların işdən azad ediləcəyini bildirib:

“Hörmətli dostlar! Bugünlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır.Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan(adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı qaynar xəttimizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq.
Təhsil həm də cəmiyyətin işidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm