• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təhsil Nazirliyinə bir ayda 2500-dən çox şikayət daxil olub

Təhsil Nazirliyinə bir ayda 2500-dən çox şikayət daxil olub

Təhsil Nazirliyinə bir ayda 2500-dən çox şikayət daxil olub.

"2013-cü ilin Məlumat mərkəzinə yanvar ayında 2500-ə yaxın məlumat daxil olub. Bu da ötən illə müqayisədə bir neçə dəfə çoxdur. Ötən ilin müvafiq dövründə 700 müraciət olmuşdu.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri Təsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin (Qaynar xətt xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin rəhbəri Yaşar Zeynalov deyib. Onun sözlərinə görə, müraciətlərə araşdırma tələb olunursa, 30 gün ərzində, tələb olunmursa, 15 gün ərzində baxılır.

"Yaşlılardan fərqli olaraq cavanlar elektron formada müraciət edə bilərlər. Müraciətlərə xüsui proqramlar vasitəsilə lazımi şöbələrə göndərilir. Müvafiq şöbələrdə şikayət ərizələrinə baxılır. Şikayətlər məktəblər universitetlər, diplomların verilməsi, bəzən aidiyyatı olmayan şikayətlər də daxil olur. Bizdə elektron qeydiyyat sistemi yaradılıb. Elektron qeydiyyat sisteminə vətəndaşlar 146 telefon nömrələrinə zəng etməklə, yaxud Məlumat Mərkəzinə gəlməklə şikayətlərini bizə çatdıra bilərlər. Bütün müraciətlər arxivləşdirilir. Müraciətlərin mövzusu tarixi üzrə istənilən vaxt araşdırma aparmaq olar”.

Onun sözlərinə görə, bu vaxta qədər edilən bütün şikayətlərə baxılıb.

Qeyd edək ki, bu gün Təsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin (Qaynar xətt xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR