Qırmızı.az
Məkkədə Heydər Əliyevin ruhuna ehsan verildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Həcc ziyarətində olan azərbaycanlı zəvvarlara Məkkədə ehsan süfrəsi açılıb. Mərasim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ruhuna ithaf olunub.
Publika.az Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, demokratiyanın təməl prinsiplərinə arxalanan müstəqil dövlətimizdə vicdan azadlığı və islami dəyərlərin dirçəlişində, mənəvi intibahımızda və azərbaycanlı zəvvarların Həcc ziyarətinin bugünkü səviyyəyə çatmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Bunu nəzərə alan və layiqincə dəyərləndirən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin şəxsi təşəbbüsü və dəstəyi ilə son illər Məkkədə Heydər Əliyevin ruhuna ehsan süfrələrinın açılması artıq ənənə halını alıb.
QMİ Həcc missiysının üzvü Hacı Həmdulla Babayevin verdiyi məlumata görə, mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb və Heydər Əliyevin ruhuna dualar oxunub. İdarə rəsmisi vurğulayıb ki, bu ənənə illər sonra da davam edəcək: “Çünki Ulu Öndərimizin Həcc missiyasının bu cür təmtərağa çatmasında böyük dəstəyi olub. Bunu nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə də idarənin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin təşəbbüsü ilə keçirdiyimiz mərasimdə Heydər Əliyevin ruhuna dualar oxunur və ehsanlar verilir”.
Bildiririk ki, ehsan süfrəsi bir neçə yerdə qadın və kişi zəvvarlarımız üçün ayrı-ayrılıqda təşkil olunub. Ehsan zamanı Qarabağ müharibəsində torpaqlarımızın azadlığı və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz də yad edilib, ruhlarına dualar oxunub.
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO