Kinorejissor kriminal avtoritetə qarşı bağışlanılmaz səhv edib
Bizi izləyin

Qırmızı.az

Kinorejissor kriminal avtoritetə qarşı bağışlanılmaz səhv edib

Avqustda Rusiya kinomatoqrafçılarının istehsalı olan “Veselıe rebyata” (Şən uşaqlar) filminin premyerası baş tutub. Film adi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Ancaq kriminal aləm haqda bunu demək olmaz. Çünki avtoritetlərin fikrinə görə filmin rejissoru bağışlanmaz səhvə yol verib.

Məsələ isə senaridədir. Filmin bir kadrında başlarına min cürə macəra gələn baş qəhrəmanlar çayla üzən bərəyə minirlər. Bərədə isə hansısa banda dünyasını dəyişmiş mafiya bossunun külünü çaya səpməyə hazırlaşır. Adi süjetdi. Lakin iş orasındadır ki, filmdə banditlərdən birinin əlində tutduğu portret, yəni mərhum mafiya bossunun şəkli həqiqi qanuni oğru Əhməd Yevloyevə məxsusdur. İnquş Əhməd ləqəbilə tanınan bu “vor zakon” 2012-ci ildən həbsdədir.

Qanuni oğru ilə belə zarafatlar keçmir. İndi filmin rejissoru və çəkiliş heyəti kriminal aləmin onları cəzalandıracağından qorxur. Axı kriminalitet onları filmdə yox, elə real həyatda bu səhvə görə diri-diri basdıra bilər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm