Azərbaycanın ilk sənaye portalı yaradılıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın ilk sənaye portalı yaradılıb

"Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərçivəsində yaradılan www.e-senaye.az - elektron sənaye portalının təqdimat mərasimi keçirilib. 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib.

Publika.az-ın məlumatına görə, "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadə bildirib ki, bu ideya prezident İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il "sənaye ili" elan edilməsi ilə bağlı yaranıb. Layihə çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.

Layihə koordinatorunun sözlərinə görə, layihə çərşivəsində Azərbaycanda ilk dəfə olaraq sənaye portalı yaradılıb.

Elektron sənaye portalı çox fünksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəsissələr üçün geniş imkanlar təqdim edir.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin sektor rəhbəri Müzəffər İsmayılıov təmsil etdiyi qurum tərəfindən bu kimi layihələrin müsbət qiymətləndirildiyini və informasiya dəstəyi göstərildiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm