Təhsil Nazirliyindən müraciətlərlə bağlı məhdudiyyət
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən müraciətlərlə bağlı məhdudiyyət

Təhsil Nazirliyinin Qaynar xətt xidmətinə edilən anonim müraciətlər qeydiyyata alınmayacaq.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə açıqlamasında Təsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin (Qaynar xətt xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin rəhbəri Yaşar Zeynalov deyib. Onun sözlərinə görə, onların qeydiyyata alınmaması qanuna uyğun olaraq aparılır.

“Anonim müraciət edən şəxs yanlış məlumat verə bilər ki, onun araşdırılması da özünü doğrultmayacaq. Bu zaman yalnlız bir tərəfin mövqeyi öyrənilmiş olacaq. Kütləvi şəkildə anonim müraciət edilərsə, onlar nəzərə alınır, araşdırılır. Buradan vətəndaşlara müraciət edərək demək istəyirik ki, öz ad, soyadlarını deməkdən çəkinməsinlər. Şikayətlərinin araşdırılmasını istəyirlərsə, adlarını açıqlayaraq müraciət etsinlər. Əmin edirik ki, bütün müraciətlər araşdırılır və nəticəsi də olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm