• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

(R) Azercell Əhmədlidə yeni Ekspres ofisini istifadəyə verdi

(R) Azercell Əhmədlidə yeni Ekspres ofisini istifadəyə verdi

Bununla da Azercell Ekspres ofislərinin sayı 48-ə çatdı/

Müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, 2 oktyabrdan etibarən şirkət Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi. küçəsi 41 L ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Öz şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 17, regionlarda isə 31 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 48-ə çatıb. Əhmədlidə açılan yeni ofis sakinlərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu Ekspres ofislərinin sayını artırmaqda davam edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR