Nazir Əli Abbasov BMT rəsmisi ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Nazir Əli Abbasov BMT rəsmisi ilə görüşüb

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark Azərbaycana səfəri çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə ölkəmizdə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir xüsusilə TASİM-ə toxunub.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən layihəyə göstərilən dəstəyi, eyni zamanda BMTİP rəhbərliyi ilə keçirilən müxtəlif səviyyəli görüşlərdə Helen Klarkın ölkəmizə münasibətini yüksək qiymətləndirib.

BMTİP rəhbəri də, öz növbəsində tərəflər arasında qurulan əməkdaşlığın gələcəkdə böyük miqyaslı tərəfdaşlığa çevriləcək layihələrin əsasını qoyduğunu bildirib. H.Klark Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” layihəsində informasiya texnologiyaları sahəsində inkişafı əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycanın ötənilki mövqeyindən 7 pillə irəliləyərək, 49-cu pillədə qərarlaşmasını yüksək dəyərləndirib.

Ölkəmizin donor kimi aktiv fəaliyyətinə də böyük önəm verən Helen Klark xüsusən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BMTİP-lə tərəfdaşlığı çərçivəsində Əfqanıstandan olan həmkarlarına göstərdiyi dəstəyi diqqətə çatdırıb.

Görüşdə daha sonra İKT sahəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm