Azad Mirzəcanzadənin Berlində xatirə gecəsi keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Azad Mirzəcanzadənin Berlində xatirə gecəsi keçirilib - FOTO

Azərbaycanda neft sənayesinin inkişafında müstəsna xidmətləri olmuş alim, texniki elmlər doktoru, akademik Azad Mirzəcanzadənin Berlində xatirə gecəsi keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, anım tədbiri Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzində (AAKM) Almaniyadakı Azərbaycanlı Alimlərin Birliyi ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Tədbirdə yerli ictimaiyyətin numayəndələri, akademikin keçmiş tələbə və aspirantları, Berlindəki Azərbaycan diasporunun, Berlin Yəhudi Cəmiyyətinin təmsilçiləri, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri iştirak edərək öz xatirələrini bölüşüb və Azad Mirzəcanzadənin xidmətlərindən söz açıblar.

Alimin anadan olmasının 86 illiyi ilə əlaqədar keçirilmiş tədbiri AAKM-nin İcraçı direktoru Samira Patzer-İsmailova giriş sözü ilə açaraq akademikin həyat və fəaliyyəti haqqında iştirakçılara qısa məlumat verib. Akademikin anım gününün məhz Berlində keçirilməsinin təsadüfi olmadığını deyən S.Patzer-İsmailova A.Mirzəcanzadənin onlarla tələbə və aspirantının bu gün Almaniyada yaşayıb çalışdığını bildirib.

Azərbaycanın Almaniyadakı Səfiriyinin birinci katibi Fikrət Axundov Fövqəladə və Səlahiyyətli səfir Pərviz Şahbazovun adından iştirakçıları salamlayıb, Azad Mizrəcanzadənin elmi fəaliyyətindən, onun Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb və belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

“Alman-Azərbaycan mədəniyyətinin dostları” cəmiyyətinin sədr müavini, Almaniyadakı Azərbaycanlı Alimlər Birliyinin rəhbəri Adil Bayramov alimin elmi fəaliyyətindən bəhs edərək, qaz və neft sahəsinin inkişafında Azad Mirzəcanzadənin rolu barədə geniş çıxış edib.

Daha sonra A.Mirzəcanzadənin Bakıda təsil almış almaniyalı tələbələrinə söz verilib. H.Şlextingç, L.Şerbatski tələbəlik illəri, müəllimləri ilə bağlı xatirələrini bölüşərək, A.Mirzəcanzadənin pedaqoq, alim və şəxsiyyət kimi yuksək mənəvi dəyərlərindən danışıblar.

Çıxışlardan sonra A.Mirzəcanzadəyə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tədbir musiqiçi Leonid Jablonskinin çıxışı ilə yekinlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm